42 yaşlı Mehmet Biçər bədəninin müxtəlif nahiyyələrindən bıçaqlanaraq və başı daşla əzilərək öldürülüb. Onun cəsədi Köşk çayı sahilində tapılıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 uşaq atasının ölümündə qonşusu M.P şübhəli şəxs kimi axtarışdadır. 

Belə ki, istintaq zamanı mərhumun digər qonşularının da ifadəsi alınıb. Psixoloji problemi olduğu bildirilən, axtarışda olan  M.P.-in uzun müddətdir ortalıqda görsənmir. Bu da onun bu cinayəti törətdiyi iddialarını daha da artırıb. 

Daha sonra şübhəlinin evinin ətrafında araşdırma aparan polislər 400 metr məsafədə içində qanlı paltarlar olan sellofan paket tapıblar. Bu qanlı paltarın M.P.-ə aid olduğu müəyyən olunub. 

M.P.-nin gecə saatlarında Mehmet Biçərlə görüşüb 17 yerindən bıçaqladığı və 40 metr sürükləyərək başını daşla əzdiyi iddia edilib.