Aktrisa Jizel Bundhenin futbolçu əri Tom Bredinin paylaşdığı video başına bəla olub.

Unikal.org xəbər verir ki, görüntüdə futbolçunun 6 yaşlı qızı Vivianın əlindən tutub yüksək yerdən suya tullanması əks edilib. Bir çoxları onun balaca uşağın həyatını risqə atdığını yazaraq, tənqid edib.

Həyat yoldaşı və övladları ilə Kosta-Rikada dincələn Tom qızının əlindən tutub, tullanmaq istəyib. Uşaq geri çəkilmək istəyəndə isə futbolçu onu dartıb, özü ilə suya atıb. İnsanlar Tomun uşağı ilə suya tullanmadığını, əksinə onu yıxdığını iddia ediblər. 

Övladının qorxması isə futbolçunun vecinə olmayıb. Onun ünvanına "Ata uşağının həyatını belə riskə ata bilməz" kimi şərhlər yazılıb.