20 Avqust 2019
19 Avqust 2019
İndoneziya parlamentinin nümayəndələri Azərbaycana səfər edəcək
İndoneziya parlamentinin nümayəndələri Azərbaycana səfər edəcək SİYASƏT 18:30 2019-07-23

İndoneziyanın Xalq Nümayəndələri Məclisinin sədr müavini Fədli Zonun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 28-də Azərbaycana səfər edəcək.

Unikal.org xəbər verir ki, İndoneziya səfirliyindən verilən məlumata görə, qonaqlar Milli Məclisdə bir sıra görüşlər keçirəcəklər.

Avqustun 2-dək davam edəcək səfər çərçivəsində iki ölkə arasındakı əməkdaşlıq, parlamentlər səviyyəsindəki əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.