18 Avqust 2019
17 Avqust 2019
Əmək və əhalinin sosial müdafiəsi naziri, xarici işlər nazirinin müavini və... - Prezidentdən SƏRƏNCAM
Əmək və əhalinin sosial müdafiəsi naziri, xarici işlər nazirinin müavini və... -Prezidentdən SƏRƏNCAM SİYASƏT 19:09 2019-07-23

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli 118 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, Birgə Komissiyanın tərkibi aşağıdakı kimi verilir: 

“Birgə Komissiyanın həmsədri 

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri 

Birgə Komissiyanın üzvləri 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini 

Azərbaycan Respublikası energetika nazirinin müavini 

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini 

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini 

Azərbaycan Respublikası təhsil nazirinin müavini 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini 

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini 

Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Macarıstan Respublikası tərəfinə bildiriş göndərməlidir.