25 Avqust 2019
24 Avqust 2019
Avropa Festivalında yarışan daha yeddi idmançı travma aldı
Avropa Festivalında yarışan daha yeddi idmançıtravma aldı İDMAN 09:25 2019-07-24

Ötən gün (23 iyul) "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.

Bu barədə Unikal.org-a Səhiyyə Nazirliyindən məlumat verilib. 

"Müraciətlərdən 6-sı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yardım edildikdən sonra xəstəxanadan buraxılıb", - deyə məlumatda qeyd olunub.