“Miss England” yarışmasının finalçısı Elle Reesin əsl peşəsi hər kəsi şoka salıb.  

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı gözəl modellik etmədiyi zamanlarda ağır sənayedə forklift operatoru (çəngəlli yükləyici)  olaraq çalışır. 

Kiçik yaşlarından bəri maşınlara böyük marağı olduğunu bildirən Rees bununla da qadınların ağır səanyedə çalışa bilməyəcəkləri fikrini məhv etmək istəyir. Atasının sahibi olduğu fabrikdə işləyən model öz işindən həzz aldığını deyib.

19 yaşlı qız peşəsini eşidən insanların təəccüblənməsindən olduqca narahat olduğunu bildirib.