Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun  rayon ərazisindən keçən hissəsində  qeydə alınıb. Yol qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.