Ağdaş rayonunun Qolqəti kəndində ümumi sahəsi 99 m² olan birmərtəbəli evin mətbəxinin tavanı 2 m² sahədə və döşəməsi 2 m² sahədə yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ucar rayonunun Qaradağlı kəndində həyətyanı sahədə 10 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bərdə rayonunun Alaçadırlı kəndində ümumi sahəsi 121 m² olan talvarın taxta atmaları 50 m² sahədə və altına, ətrafına yığılan 10 m³ taxta materialı yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.