Bakıda qeyri-adi yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, aeroport yolunda yüksək sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin ön oturacağında əyləşən qadın sərnişin qapını açaraq özünü yola atıb.

Sürücü isə avtomobili saxlayaraq rahat şəkildə maşından düşüb, qızı qucağına alaraq avtomobilə qoyub, daha sonra yoluna davam edib.

Hadisəyə səbəb kimi avtomobildə mübahisənin olduğu ehtimal edilir.