Bakı şəhəri, Nizami rayonunda iki kişi özünü hündürlükdən atmaq istəyir.

Unikal.org xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, bu dəqiqələrdə Neftayırma zavodunun yaxınlığında, “Neolit” şadlıq evi istiqamətində körpüyə iki kişi çıxıb.

Orta yaşlı kişilər özlərini ataraq intihar etmək istəyirlər. Hadisə yerinə xilasedicilər və polislər cəlb olunub.

Hazırda intihara cəhd edən şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır. 

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.