Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

Belə ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü və 4-cü mərtəbələri arasında 0,5 m2 sahədə alkopandan ibarət üzlük yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.