Bu gün Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsində F qrupunun həlledici görüşləri keçirilib.
Unikal.org xəbər verir ki, Portuqaliya yığması ilə 3:3 hesablı heç-heçəyə nail olmuş Macarıstan millisi 5 xalla qrupun qalibi olub.
Avstriyalılara son dəqiqə qolu ilə 2:1 qalib gəlmiş İslandiya yığması da 5 xal toplayıb, lakin topların daha pis fərqinə görə 2-ci yeri tutub.
Keçirdiyi 3 oyunun hamısını heç-heçə bitirmiş Portuqaliya yığma komandası da ən yaxşı 3-cülər sırasında plery-off mərhələsinə adını yazdıra bilib.