Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaç xanımı Xloya Lounan ilə ayrılıb.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddətdir ayrılacaqları haqqında söz-söhbətlərlə gündəmə gələn cütlük bu gün rəsmi olaraq boşanıblar.

Məhkəmə salonundan əl-ələ çıxan məşhurlar jurnalistlərə belə bir açıqlama veriblər.

“Davam etdirə bilmədik evliliyimizi. Birlikdə düşünüb, ayrılmaq qərarına gəldik. Qarşılıqlı razılığa gəlib boşandıq”.

Xloya Loun isə bildirib ki, hələ də Sərdarı sevir:

“Sevgi ilə ailə qurdum, sevərək ayrılıram. Onu çox sevirəm və hər zaman sevəcəm. Təəssüf edirəm ki, alınmadı bizdə”.

Qeyd edək ki, Ortaç Lounan ilə 2014-cü ildə ailə qurmuşdu.