Avqustun 9-da Xəzər dənizində maqnitudası 3,1 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 06:57-də qeydə alınıb.

Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.