15 Sentyabr 2019
14 Sentyabr 2019
Avroliqanın ən yaxşısı adına 3 namizəd – UEFA açıqladı
Avroliqanın ən yaxşısı adına 3 namizəd– UEFA açıqladı İDMAN 10:15 2019-08-09

UEFA Avropa Liqasında ötən mövsüm üçün ən yaxşı futbolçu adına namizədləri açıqlayıb.

Unikal.org qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu adı qazanmağa 3 namizəd müəyyənləşib.

Avroliqanın son qalibi olan “Çelsi”dən iki futbolçu – Eden Hazard və Olivye Jiru bu qazanmağa namizəd göstərilir. Digər namizəd isə Frankfurt “Ayntraxt”ından Luka Yoviçdi.

Eden Hazard (Çelsi/Real)
Olivye Jiru (Çelsi)
Luka Yoviç (Ayntraxt/Real)

Qalibin adı avqustun 30-da Monakoda təşkil olunacaq Avropa Liqasının 2019/20 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.