Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, avqustun 8-də saat 12 radələrində Bərdə şəhəri ərazisində E.Rəhimovun idarə etdiyi “Opel” və Ə.Kərimovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Kərimov, sərnişinləri D.Hüseynova və Yunis Həmidov xəstəxanaya yerləşdirib. Y.Həmidov orada ölüb.

Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.