20 Sentyabr 2019
19 Sentyabr 2019
ATƏT PA Qırğızıstanda vəziyyətlə bağlı bəyanat yaydı
ATƏT PA Qırğızıstanda vəziyyətlə bağlı bəyanat yaydı DÜNYA 15:55 2019-08-09

ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli Qırğızıstanda vəziyyətlə bağlı bəyanat yayıb. 

Unikal.org  ATƏT-in Parlament Assambleyasının rəsmi saytına istinadən xəbər verir ki, G. Tsereteli hökuməti və müxalifət üzvlərini təmkin sərgiləməyə, ölkənin Konstitusiyasına və demokratik dəyərlərə uyğun olaraq stabilliyi bərpa etməyə çağırıb. 

O, Qırğızıstanda sonuncu president seçkilərinin və hakimiyyətin bir seçilmiş prezidentdən digərinə nizamlı şəkildə ötürülməsini ATƏT müşahidəçiləri tərəfindən alqışlandığını xatırladıb.

Onun sözlərinə görə, ölkədə demokratik institutların gücləndirilməsi və qanunun aliliyinin təmin edilməsi Qırğızıstanın uzunmüddətli stabilliyi və rifahı üçün həlledicidir.