Xəbər verdiyimiz kimi, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, axtarışlara qoşulan Türkiyənin Hərbi Dəniz Qüvvələrinə aid Sualtı Axtarış Xilasetmə Dəstəsi Xəzər dənizində döyüş təyyarənin yerini  ROV cihazı ilə tapıblar.

Türkiyənin Hərbi Dəniz Qüvvələrinə aid Sualtı Axtarış Xilasetmə Dəstəsi döyüş təyyarəsini dənizin dərinliyində müəyyən ediblər. 

Qeyd edək ki, 24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi hələki tapılmayıb. 

Orxan Həsənli