"Böyük layihələrim var. Böyük sərmayə tələb etdiyi üçün uzanır. Bunun üçün hətta Səudiyyə Ərəbistanına da gedəcəm".

Unikal.org xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Bağ mövsümü" verilişində deyib. Muğam ifaçısı "Sponsorunuz kimdir" sualına belə cavab verib:

"Məni maliyyələşdirən bircə varlıq var. O da Allahdır. Yerdə isə özüm. Toylara çağırırlar, pul verirlər. Mən də xalqın pulu ilə işlər görürəm".