Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndinə gedən yolda qeydə alınıb.

Hərəkətdə olan “VAZ” markalı avtomobil yolda hərəkət edən Yeni həyat kənd sakini, təxminən 60 yaşlarında olan Hüseyn adlı kişini vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.