Şənbə günü Şimali Koreya (KXDR) ərazisindən Yaponiya dənizinə doğru növbəti naməlum tipli iki mərmi buraxılıb. 

Unikal.org “İnterfaxs”a istinadla xəbər verir ki, KXDR-in bu addımına Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komandanlığından hələ ki, münasibət bildirilməyib.

Qeyd edək ki, sonuncu dəfə KXDR avqustun 6-da sayca dördüncü naməlum raket atışını həyata keçirmişdi. 

Bir gün əvvəl KXDR lideri Kim Çen Indan məktub alan prezident Trampın da naməlum mərmi atışlarından məmnun olmadığı bildirilir.

Şimali Koreyanın son mərmi atışları ABŞ və Cənubi Koreya arasında keçirilmiş birgə təlimlərə cavab kimi də xarakterizə edilir.