Tanzaniyada yanacaq daşıyan yük maşınının qəzaya düşməsi faciəyə səbəb.

Unikal.org "The Citizen" nəşrinə istinadən xəbər verir ki, Moroqoro şəhərində baş verən qəzadan sonra motosiklet sürən şəxslər ətrafa dağılan benzini kiçik çənlərə yığmaq istəyərkən partlayış baş verib. Nəticədə 60 nəfər ölüb, 70 nəfər yaralanıb. 

İlkin məlumatlara görə, partlayışa səbəb qəza baş verən əraziyə gələnlərdən birinin siqaret yandırması olub.