Bakıda polis küçə ticarəti və antisanitariyaya qarşı reydlər keçirib.

Unikal.org xəbər verir ki, Yasamal rayonu ərazisində “Elmlər Akademiyası” və “İnşaatçılar” metrostansiyalarının giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb. 

Polisin ərazidə aparıdığı təmizliklə bağlı məlumat verən paytaxt sakinləri görülən işlərdən razılıqlarını ifadə ediblər. Sakinlər ərazidə hüquq qaydasının təminatı işinin səmərəli təşkili üçün polisin profikatik tədbirlərini alqışlayıblar. 

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər bir paytaxt sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə həssas olmalı, elementar normalara əməl etməldir, satış yalnız müəyyən olunan ünvanlarda həyata keçirilməlidir.