Bakıda mənzildən kişi meyiti aşkarlanıb.

Unikal.org xəbər verir ki,  FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Kukov Aleksandr Yevyenisin meyitini aidiyyəti üzrə təhvil veriblər.​