Nardaranda dənizdə 4 uşaq batıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, batan uşaqlar 8-10 yaş arasındadır.

Batanlardan üçünün meyiti çıxarılıb, birinin axtarışları davam edir. Qeyd edək ki, hadisə qeyri-çimərlik ərazidə baş verib.