Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin aparatının keçmiş rəhbəri, onun ən yaxın müşaviri Fərid Niyazov girov götürməsinə görə oktyabrın 8-dək həbs edilib.

Unikal.org xəbər verir ki, hakim, F.Niyazovun oktyabrın 8-dək istintaq təcridxanasında saxlanılmasına dair qərar verib.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb.Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.