Ağstafa rayonunda gənc qadın dərmandan zəhərlənib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Qıraq Kəsəmən kəndində yaşayan 1994-cu il təvəllüdlü yerli sakin Arzu Yusibova yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Yaxınları onun bilməyərəkdən mal-qara üçün nəzərdə tutulan dərmanı içdiyini deyir.

Qeyd edək ki, qadının ailəsi həmin ərazidə çobanlıqla məşğul olur.

Faktla bağlı araşdırma aparılır.