Hacıqabul rayonunda ağır yol qəzası baş verib.  

Unikal.org report-a istinadən xəbər verir ki, qəza nəticəsində Bakı sakinləri Qasımov Səxavət Saleh oğlu, Eyvazov Oktay Bəhruz oğlu, Eyvazova Aytəkin Məzahir qızı, Eyvazova İsmət Bəhruz qızı, Qasımova Güldanə Cavanşir qızı, Hacıyeva Səadət Böyükağa qızı, Rüstəmova Səkinə İbrahim qızı, Əlizadə Günel Zaur qızı, Eyvazov Bəhruz Oktay oğlu, Həsənov Qalib Cavanşir oğlu xəsarət alıblar.

Adı qeyd olunan yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların digər hissəsi Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların adları hələ ki, müəyyənləşməyib.

Mikroavtobusda olan sərnişinlər Gəncəyə "N" saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş.

Qeyd edək ki, Kürdəmir və Şirvan xəstəxalarında ümumilikdə 20-yə yaxın yaralı qeydiyyata alınıb.

Fakt araşdırılır