15 Oktyabr 2019
Yəməndə prezident sarayı ələ keçirilib
Yəməndə prezident sarayı ələ keçirilib MÜSAHİBƏ 10:42 2019-08-11

Yəməndə Cənub Keçici Şurasının separatçı qüvvələri prezident sarayı Maaşiki ələ keçirdiklərini bəyan ediblər.

Unikal.org xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. 

Qeyd edilib ki, bu gün səhər saatlarında separatçılar paytaxtın əsas obyektlərini ələ keçirə biliblər. Günorta saatlarında isə Səudiyyə Ərəbistanının hərbi təyyarələri separatçıların mövqelərini bombalayıblar.

Prezident Əbd Rabbuh Mənsur Hadinin hazırda Səudiyyə Ərəbistanında olduğu bildirilir.