Dünən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə batan 4 uşaqdan birinin - Zeynəb  Cəfərzadənin axtarışları davam etdirilir.

Unikal.org xəbər verir ki, bu gün səhər saatlarından axtarış işlərinə başlanıb.

Hadisə baş vermiş ərazinin və axtarış işlərinin videosu yayılıb. Videodan da aydın görünür ki, ərazi qeyri-çirmərlik ərazisidir, vətəndaşların dənizdə çimməsi üçün çox əlverişsiz və təhlükəlidir.

Həmin yer Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin gəmilərinin nəzarət etdiyi ərazidən 2 km kənarda yerləşir və nəzarətsiz ərazidir.

Qeyd edək ki, dünən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı batıb. M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.