"Sumqayıt" klubu daha bir futbolçu transfer edib.

Unikal.org xəbər verir ki, əslən cənubi azərbaycanlı olan hücumçu Mehdi Şərifi ilə 2 illik müqavilə imzalanıb. Güneyli soydaşımız "Sumqayıt"ın heyətində "70" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Mehdi Şərifi karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və son olaraq "Perspolis" (4 oyun) klublarının şərəfini qoruyub. 

26 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/2015, 2018/2019), 2 dəfə İran kubokunun qalibi (2012/2013, 2018/2019) olub.