Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, avqustun 11-də saat 15.00 radələrində rayonunun Yuxarı Aran kəndi ərazisində kənd sakini A.Şükürov idarə etdiyi “VAZ-21070” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Pərvin Abbasovu vurub.
Xəstəxanaya yerləşdirilmiş P. Abbasov orada ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.