Məşhur DJ və “Playboy” jurnalının ulduzu Janna Rasskazova 29 yaşında dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə Janna özünü pis hiss edib və huşunu itirib. Kömək üçün təcili tibbi yardım çağırılsa da, J.Rasskazovanın həyatını xilas etmək mümkün olmayıb.

Modelin ölümünə səbəb kimi qəbul etdiyi narkotik maddənin dozadan artıq olduğu göstərilir.

J.Rasskazova musiqidən başqa  sörfinq və dəblə maraqlanırdı. O, bir neçə il öncə isə “Playboy”un rus versiyasına görə “Ayın qızı” seçilmişdi.