Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.