Bakıda kişi hamilə həyat yoldaşını bıçaqlayaraq ona xəsarət yetirib.

Unikal.org Xezerxeber.az-ə istinadən xəbər verir ki, ağır cinayət ötən gecə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 6 aylıq hamilə olan qəsəbə sakini, 31 yaşlı Günay Məmmədova ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimin sözlərinə görə, qadın xəstəxanaya daxil olarkən 6 aylıq hamilə oduğu məlum olub və ginekoloqların nəzarəti ilə o, əməliyyat edilib.

Məlumata görə, Günay Məmmədovanın həyat yoldaşı həm də onun doğma əmisi oğludur. Cütlüyün 4 övladı var. Polisdən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb. Onun ruhi-əsəb xəstəsi olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam edir.