Bakının Xəzər rayonunda azyaşlını avtomobil vurub.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü Yusifov İlkin Fərhad oğlu çörək almaq məqsədilə evdən çıxıb və yolu keçərkən ehtiyatsızlıqdan avtomaşının zərbəsi üzləşib.

Qəzanın təfərrüatları araşdırılır.