Bakıda əcnəbi vətəndaş öz həmyerlisini aldadıb.

Unikal.org-un məlumatına görə, paytaxtın Badamdar qəsəbəsində yaşayan, Şri-Lanka vətəndaşı, 1991-ci il təvəllüdlü Şaşika Lakmal polisə müraciət edərək, həmyerlisi Rameş Qayanın onu aldadaraq 3 min manat və 3 min dollar pulunu aldığını bildirib.

Araşdırma aparılır.