Məşhur müğənni Cennifer Lopez Türkiyənin Antalya şəhərində verdiyi konsertə görə 1 milyon dollar qonorar alıb.

Unikal.org xəbər verir ki, bu barədə türkiyəli köşə yazarı Çingiz Səmərcioğlu yazıb.

O bildirib ki, əvvəlcə bu rəqəm 1,5 milyon dollar olub, lakin Antalya konsertindən sonra məşhur ulduzun Moskvada da konserti təşkil edildiyinə görə qiymət 1 milyon dollara endirilib.

Yazar onu da qeyd edib ki, təxminən 200 min dollar müğənninin komandasına və əlavə xərclərinə sərf edilib.