Fransanın “Marsel” klubu futbolçusu Adil Raminin müqaviləsinə xitam verib.

Unikal.org xəbər verir ki, fransız müdafiəçi ailəvi səbəbləri əsas gətirərək, komandanın məşqində iştirak etməkdən imtina edib. Daha sonra isə Raminin “Fort boyard” adlı proqramın çəkilişinə dəvət aldığı və bu səbəbdən də ailəvi səbəbləri bəhanə gətirərək, komandanın son məşqində iştirak etmədiyi ortaya çıxıb.

“Marsel” rəhbərliyi məşqə gəlməyib, “Fort boyard”ın çəkilişində iştirak edən Raminin müqaviləsinə birtərəfli xitam verib.