Şəmkirdə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzasl baş verib. 

Unikal.org xəbər verir ki, hadisə rayonun Yeni Həyat kənd ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil qadın piyadanı avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.