"Sosial şəbəkələrdə və bəzi idman informasiya saytlarında Bakıda keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə keçirilən oyun zamanı azerkeşlərin rəqib komandaya hücüm çəkməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Oyun yüksək təhlükəsizlik şəraitində başa çatıb, heç bir neqativ hal baş verməyib. Digər xarici ölkədə keçirilən oyun zamanı baş verən insidenti dünənki oyuna “transformasiya” etmək cəhdi ictimai fikri çaşdırmaq məqsədi daşıyır." 

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a açıqlamasında bildirib ki, qəti olaraq bildiririk ki, Bakıda keçirilən oyun zamanı Ermənistan bayrağı dalğalandırılmayıb, bununla hər hansı fakt qeydə alınmayıb. Əgər varsa, Bakı şəhər Baş Polis İdarəsinə təqdim olunmasını tövsiyyə edirik.

Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur. Polis orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan, əsassız yazılıb, iddialar dezinformasiyadır.  

Mətbuat nümayəndələrinə tövsiyyə olunur ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər.