19 Oktyabr 2019
18 Oktyabr 2019
Biləcəri stansiyasında BƏDBƏXT HADİSƏ: növbətçi öldü
Biləcəri stansiyasında BƏDBƏXT HADİSƏ:növbətçi öldü HADİSƏ 12:14 2019-08-14

Biləcəri stansiyasında bədbəxt hadisə baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Unikal.org-a bildirib ki, bu gün səhər saatlarında “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.