06 Dekabr 2019
05 Dekabr 2019
Ağac kəsən vəzifəli şəxs cərimələndi - FOTO
Ağac kəsən vəzifəli şəxs cərimələndi- FOTO CƏMİYYƏT 13:21 2019-08-14

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Xətai rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən “Xəzər” kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib. 

ETSN-dən Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub. Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub. 

Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib. 

 


  • Ağac kəsən vəzifəli şəxs cərimələndi- FOTO
  • Ağac kəsən vəzifəli şəxs cərimələndi- FOTO