Avqustun 12-də Xaçmaz rayonu Yeni Həyat kəndində yayaşayan R.Kamilov sağ və sol baldır nahiyəsindən qırma yaraları ilə xəstəxanaya gətirilib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı R.Kamilovun xəsarəti qonşusu Q.Binaliyevın yaşadığı evin həyətində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən alması müəyyən edilib. 

Görülmüş tədbirlərlə Q.Binaliyev saxlanılmış və ondan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb. 

Araşdırma aparılır.