Argentina millisinin sabiq üzvü Xose Luis Braun vəfat edib.

Unikal.org xəbər verir ki, keçmiş müdafiəçi uzun müddət idi ki, altsheymer xəstəliyindən əziyyət çəkirdi. Braun 62 yaşında dünyasını dəyişib. “Tata” ləqəbi ilə tanınan Braun, 1986-cı ildə keçirilən dünya çempionatının finalında – Argentinanın Qərbi Almaniyanı məğlub etdiyi oyunda (3:2) komandasının ilk qolunu vurmuşdu.

Mərhum futbolçu klub karyerasında “Estudiantes”, “Boka Xuniors”, “Mursiya”, “Brest” kimi komandalarda çıxış etmişdu.

Braun 2008-2011-ci illərdə Argentina milli komandasında köməkçi-məşqçi vəzifəsində çalışmışdı.