19 Oktyabr 2019
18 Oktyabr 2019
Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlər quraşdırılıb
Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlər quraşdırılıb İQTİSADİYYAT 17:41 2019-08-14

Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib. 

“Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Unikal.org-a verilən məlumata görə, əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyinə təminat verilməsi və yollarda etibarlılığın baxımından çox əlverişlidir. Eyni zamanda quraşdırılmış yoldəyişənlər üzərindən müxtəlif istiqamətlərdən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçid edəcək. 

Prosesə avqust ayının əvvəlində başlanılıb və bu günə qədər 5 ədəd yoldəyişən təzələnib. Hazırda  Salahlı stansiyasında yeni qurğuların qoyuluşu həyata keçirilir. 

Yoldəyişən qurğuların yenilənməsi işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11  saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edirlər.


  • Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlər quraşdırılıb