Avropa Liqasında III təsnifat mərhələsi davam edir.

Unikal.org xəbər verir ki, cavab oyunları çərçivəsində daha 3 matç keçirilib.

“Vitoriya” səfərdə olduğu kimi, evdə də qalib gəlibsə, “Legiya” Yunanıstanda qələbə sevinci yaşayıb. İlk görüşdə rəqibini məğlub edən "Saburtalo" isə gözlənilmədən Gürcüstanda üstünlüyü əldən verib və yarışla vidalaşıb. 

Qalib komandalar mübarizəni pley-offda davam etdirəcək. 

Qeyd edək ki, bir gün öncə də 3 komanda mərhələ adlayıb. Avropa Liqasında III təsnifat mərhələsi isə avqustun 15-də başa çatacaq.