Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı “Zeytunluq” adlanan ərazinin park və istirahət mərkəzinin salınması məqsədilə hasara alındığı və abadlıq işlərinin aparıldığı məlum olub. 

Sözügedən ərazidə ağac kəsintisi faktı aşkar olunmayıb.