Xəbər verdiyimiz kimi, Zuhal Topalın təqdimatında yayımlanan izdivac proqramında məşhurlaşan bəy namizəd Uğur Doğan intihar edib. O sosial şəbəkədə video paylaşaraq izləyiciləri ilə sağollaşdıqdan sonra zəhər içərək özünü öldürüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, polis hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Uğur Doğan nə olduğu bilinməyən maddə içdiyinə görə təcili yardımla xəstəxanaya gətirilib və 1 saat sonra dünyasın dəyişib. Morqda ekspertiza olunduqdan sonra dəfn olunması üçün ailəsinə təhvil verilib. Bundan sonra hüquq-mühafizə orqanları mərhumun ailəsi ilə birlikdə yaşadığı evdə araşdırma aparıblar. Polis Uğurun intihar etdiyi evdə sağlamlığına mənfi təsir edə biləcək kimyəvi maddə aşkarlamayıb".