Qusarda oteldə oğurluq olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də şəhər ərazisində yerləşən otellərin birində Bakı şəhər sakini A.Məmmədovun 1300 manat və 100 ABŞ dollar pulunu oğurlamaqda şübhəli bilinən həmyerlisi F.Məmmədov saxlanılıb.